Məlumdur ki, başda Ali Baş Komandanımız olmaqla, Dövlətimizin, xüsusilə əsgər və zabitlərimizin möhkəm əzm və iradəsi sayəsində düşmən işğalında olan torpaqlarımız geri qayıtdı. Bu yolda çox fədakarlıqlar oldu. Xalqımızın bir qismi hərbi, bir qismi siyasi, bir qismi də sosial və ictimai sferada əlindən gələni etdi. Bir növ möhkəm yumruq olduq. Əlbəttə biz də bundan kənarda qala bilməzdik. Bütün bunlardan ilhamlanaraq qardaş Türkiyədə peşəkarlar arasında K1 versiyası üzrə reyting döyüşündə Xocalı Idman Klubunun iştirakına SHAMS Group olaraq dəstək verməyi özümüzə borc bildik.
Ümid edirik ki, “Fırtına” ləqəbli döyüşçümüz Rauf Gerayzadə həmən turnirdə yüksək nailiyyətlər əldə edəcək və Xocalı soyqırımı haqqında bütün dünyaya səs salacaq.
Göstərdiyi dəstəyə görə ağırlıqqaldırma üzdə beynəlxanq dərəcəli idman ustasi Aydın Hümbətova öz təşəkkürümüzü bildirirk.