HAQQIMIZDA

SHAMS Group öz törəmə şirkətləri vasitəsi ilə 2005 ildən etibarən inşaat, turizm, avtomobil kirayəsi və investisiya sahələrində uğurla fəaliyyət göstərir. Bu illər ərzində yeni layihələrə imza atmış, möhkəm əməkdaşlıqlar qurmuş və zamanın tələbinə uyğun öndə gələn innovativ həll yoları ilə yüksək nəticələr əldə etmişdir. Bununla yanaşı heyətimiz sosial yardım kampaniyaları keçirir. SHAMS Group hər ötən gün inkişaf edir, bunun əsas səbəbi başda təsisçi Qalib Əliyev olmaqla peşəkar heyətin düzgün strategiya və görülən hər bir işə sevgi ilə yanaşmasıdır. Ölkəmiz bazar iqtisadiyyatı yolunda inamla irəliləyir, dünya və xüsusilə də Avropaya inteqrasiya prosesi getdikcə sürətlənir. Azərbaycanda əlverişli investisiya mühitinin mövcudluğu, azad sahibkarlığa geniş imkanlar yaradılması, özəl sektora göstərilən hərtərəfli dövlət qayğısı ölkə iqtisadiyyatının inkişafına təkan verir. SHAMS Group daima yeniliklərə açıq, öz bilik və bacarıqlarını daim təkminləşdirən heyəti ilə birgə mürəkkəb layihələr həyata keçirərək illərin təcrübəsini qazanmış, yerli və xarici bazarda etibarlı əməkdaşlıqlar vasitəsi ilə daima irəliləyir.