16 mart 2021-ci il tarixdə “Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasi” İctimai Birliyinin ofisində görüş keçirildi.
Görüşdə “Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyi, “Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasi” İctimai Birliyi, “Shams Group” şirkəti, “Hekeri” şirkəti ve digər tanınmış özəl sektor təmsilçiləri (Sahibkarlar) iştirak ediblər.
Görüşdə çıxış edənlər «Vətən Müharibəsi iştirakçılarının, şəhid və qazilərin ailələrinə Mikro, Kiçik və Orta sahibkarlıq fəaliyyətini həyata keçirilməsinə kömək» layihəsi çərçivəsində birgə əməkdaşlıq istiqamətlərini müzakirə edərək, layihənin önəmindən danışıblar.