Turizm

İcMALI

Şirkətin 10 illik tarixi ərzində SHAMS Group Tourism üz tutan turist axını 60 dəfə böyüdü və bu say artmağa davam edir. Şirkət turlar üçün ən uyğun qiymətləri seçərək hər il xidmətlərin keyfiyyətini artırması üzərində çalışır. Şirkətimiz çoxşaxəlidir və yalnız fərdi, ailəvi və ya kütləvi deyil həm də işgüzar korporativ tədbirlərin, idman düşərgələrinin və tematik səyahətlərin təşkilini təklif edir.

 

MÜŞTƏRİ SİYASƏTİMİZ

“Müştərilərimizin hər biri bizim qürurumuzdur!”

 

Müştərilərin istəklərini dərindən analiz edərək hər büdcə, zövq və rahatlığa uyğun turlar hazırlayaraq kiçik qruplar, fərdlərin fərdi və ya ailəvi səyahəti və istirahəti üçün yalnız Booking.comtripadvisor.ru saytlarının reytinqlərinə istinad edən ən populyar yerlər, ən yaxşı otelləri seçərək müştərilərimizi məmnun etməyi bacarırıq. Səfər zamanı və sonrası da göstərilən xidmətlərin keyfiyyətini təmin etmək üçün müştərilərimizlə əlaqə saxlayırıq.

 

İNKİŞAF SİYASƏTİMİZ

 

Şirkətin mütəxəssisləri bazarı diqqətlə öyrənir və tələbin inkişafının gələcək istiqamətlərini proqnozlaşdırırlar. Uzunmüddətli planlarımız çərçivəsində zamanı qabaqlayan inkişaf və dəyişimi nəzərə alaraq inkişaf siyasətimizi dahada möhkəm qururuq. Şirkət Azərbaycan turizm sənayesinin nüfuzunu artırmaq, bazar iştirakçıları arasında ədalətli rəqabət və sivil münasibətlər yaratmaq niyyətindədir.
İnkişafın əsas amilləri:

  • Daimi təkmünləşmə
  • Zamanı qabaqlayan analitik qabiliyyət
  • Dəyişikliklərə və risklərə hazır olmaq
  • Müştərilərin istəklərini və bazar dinamikasını daim izləmək

PROQRAMLARIMIZ