“Shams Group Azerbaijan” şirkətinin rəhbərliyi, “Dayaq” Təşkilatının və Respublika Veteranlar Təşkilatının idarə heyəti, fəal üzvüləri, şəhid ailələri və Qarabağ qaziləri Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinə ucaldılmış “ANA HARAYI” abidə kompleksinin önünə gedərək müqəddəs şəhidlik zirvəsinə ucalmış Xocalı şəhidlərini dərin hörmət və ehtiramla ziyarət edib, abidənin önünə əklil və tər qərənfillər düzdülər.
Daha sonra Respublika Veteranlar Təşkilatının inzibati binasında tədbir davam etdirildi. Respublika Veteranlar Təşkilatının sədr müavini, Cəlil Xəlilov, Dayaq Təşkilatının sədri Qalib Əliyev, sədr müavini Məcid Məmmədov, şəhid Xəqani Aslanovun övladları Sadiq Aslanov və Cəsarət Aslanov qardaşları, şəhid ailələri, Qarabağ qaziləri, ictimaət nümayəndələri çıxış edərək Xocalı soyqırımını törədənləri qətiyyətlə pisləmiş, erməni silahlı birləşmələri tərəfindən törədilmiş bəşəri cinayətin dünya ictimaiyyəti tərəfindən tanıdılması istiqamətində hər bir siyasi partiyaların, diaspora təşkilatlarının milli QHT və KİV-lərin dünyada olduqca vacib olan informasiya müharibəsində səfərbər olmağının vacibliyindən danışdılar.
Xocalı Faciəsinin qurbanlarını ehtiramla yad edirik!