Ümumilli Lider Heydər Əliyevin anım günü münasibətilə Azərbaycanın Niderland Krallığındakı səfirliyində tədbir keçirilmişdir.

Yeni təyin edilmiş səfir Rahman Mustafayev tədbiri açaraq, qonaqları salamladı və Ulu Öndər Heydər Əliyev haqqında geniş açıqlama verərək fikirlərini bölüşdü.

Tədbirdə səfirliyin dəvətilə Benilüks Azərbaycanlıları Konqresinin prezidenti Elsevər Məmmədov, Shams Group Azerbaycan şirkətinin təsisçisi və Dayaq Təşkilatının sədri Qalib Əliyev, Hollanda Azərbaycan Türk Kultur Dərnəyinin sədri İlhan Aşqın, Niderland Belçika Azərbaycanlılarının Koordinasiya Şurasının Niderland üzrə əlaqələndiricisi Elxan Mirhəşimli, Beynəlxalq Azərbaycan Qadınlar klubunun rəhbəri Kamalia Celilova və s. iştirak etmişdir.

Çıxış edənlər, müasir Azərbaycanın memarı Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən söz açdılar.