Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə 26 iyun Azərbaycanın Silahlı Qüvvələr Günü münasibətilə təntənəli ziyafət təşkil edildi.

Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə 26 iyun Azərbaycanın Silahlı Qüvvələr Günü münasibətilə 44 günlük haqq savaşında fədakarcasına döyüşmüş, vətənimizə ləyaqətlə xidmət etmiş, Vətən Müharibəsi əlillərinə diqqət və qayğı yönümündə tarixi zəfər əldə etmiş Silahlı Qüvvələr günündə təntənəli ziyafət təşkil edildi.
Ziyafətlə bağlı VMƏKİB-nin sədri Qurban Məmmədov başda olmaqla idarə heyəti, Qazilər, ictimaiət nümayəndələri çıxış edərək Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin tarixi zəfərin əldə edilməsində göstərdikləri milli, vətənpərvər ruhlu fəaliyyətdən danışdılar.
Birlik rəsmisi xüsusi olaraq vurğuladı ki, Qazilərlə bağlı ziyafəti təşkil etməkdə əsas məqsəd Vətən Müharibəsin iştirakçıları sevindirməklə yanaşı birlik, həmrəylik nümayiş etdirməkdir. Qeyd edək ki, ziyafətin bədii hissəsində incəsənət ustalarının ifasında vətənpərvərlik ruhunda mahnılar oxundu.