Şəki Azərbaycanın ən qədim şəhərlərindən biridir. Böyük Qafqazın cənub yamacında yerləşir. Şəhərdə XVIII əsrə aid Şəki xanlarının evi, Qala divarları, Gileyli məscidinin minarəsi; XVIII-XIX əsrlərə aid Aşağı karvansaray, Yuxarı karvansaray; XIX əsrdən qalan Ağvanlar hamamı vardır. Rayonda VI əsrə aid “Gavur” qalası, orta əsrlərə aid Qudula qala yeri, Aydınbulaqda Ağcaqala qülləsi, Kiş kəndi yaxınlığında orta əsrlərə aid Kiş məbədi, XV əsrdən qalan “Gələrsən görərsən” qalası qorunur.Azərbaycan memarlığında möhtəşəm yeri olan Şəki Xan sarayı hər bir qonağını təəccübləndirən orijinal sənət əsəridir. Dünya abidələri siyahısına daxil edilmiş bu sarayın özünəməxsus inşa üslubu var. Burada tətbiqi incəsənətin bir çox növləri, eləcə də XVII-XIX əsrlərə məxsus divar rəssamlığı nümunələri öz əksini tapmışdır.
ƏTRAFLI MƏLUMAT:
19 Iyun gediş / 20 iyun dönüş.
Saat 06:30 – 07:00 Shams Group Azerbaijan şirkətinin Gənclik ofisinin yanında, Beynəlxalq bankın qarşısından yola düşürük.
Qiymət – 88 azn (2 nəfərlik otaqda 1 nəfər üçün nəzərdə tutulub)
____________________________________________________________
Qiymətə daxildir:
– Şəkiyə Bakidan gediş və dönüş nəqliyyatı;
– 1 gecə Şəki Park oteldə gecələmə;
– 1 səhər yeməyi;
– Xan Sarayı;
– Karvansaray;
– Kiş Alban məbədi;
– Əliəhməd Şirniyyat evi;
– Bələdçi xidməti (tur boyu);
____________________________________________________________
QEYD:
0-6 yaş 1 uşaq pulsuz (əlavə yataq daxil deyil);
7-12 yaş – 50 azn (əlavə yataq daxil olmaqla).
Qruppa yığılmasa tur təxirə salınır.