Mayın 25-də Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin təşkilatçılığı və FMG groupun dəstəyilə 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğurunda fədakarcasına döyüşmüş Vətən müharibəsi əlilləri və iştirakçılarına tibbi xidmət göstərmiş həkimlərimizə mənəvi dəstək olmaq məqsədi ilə tədbir keçirildi.
Tədbirdə Millət vəkilləri, İcra kakimiyəti rəsmiləri, TƏBİBİN nümayəndələri VMƏK İB-nin idarə heyəti və fəal üzvləri, tanınmış ictimaiət nümayəndələri, KİV təmsilçiləri, həkimlər, Şəhid ailələri və Qazilər iştirak edərək çıxış etdilər.
VMƏK İB-nin təsisçisi, 1-ci Qarabağ Müharibəsinin qazisi Qurban Məmmədov tədbirdə çıxışı zamanı bildirdi ki, bu cür mənəvi dəstək ruhlu tədbirləri həyata keçirməkdə əsas məqsəd Ali Baş Komandan, Cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Şəhid ailələri və Qazilərə diqqət və qayğı ilə yanaşı tibbi xidmət göstərən həkimlərlə bağlı həyata keçirdikləri uğurlu işlərə ictimai dəstək olmaq, vətəndaş cəmiyyəti töhvəsini verməkdir.