“Vətən müharibəsi Əlillərinə Kömək” İctimai Birliyinin idarə heyətinin fəalları 31 mart soyqırımı günü ilə bağlı Quba Soyqırımı Memorial Kompleksini ziyarət edərək soyqırımı qurbanlarının əziz xatirəsini ehtiramla andılar.
“Vətən müharibəsi Əlillərinə Kömək” İctimai Birliyi Azərbaycan xalqına qarşı amansıcasına törədilmiş 31 mart qətliamı ilə bağlı təbliğat yönümündə milli və vətənpərvər ruhlu Azərbaycanın Beynəlxalq diaspora təşkilatlarının nümayəndələri ilə birlik, həmrəylik nümayiş etdirərək 4 dildə video bəyanat yaydı